ETSN: Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır

Bakı. 29 oktyabr. REPORT.AZ/ Badamdar sürüşmə zonasında aparılan monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması və süxur qırıntılarının yamac boyu yerdəyişməsi qeydə alınıb. Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.

Digər xəbərlər

Sabah hava yağmursuz keçəcək 05 yanvar, 2026 / 12:12