ETSN: Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır

Bakı. 26 oktyabr. REPORT.AZ/ Badamdar sürüşmə zonasında monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan “Report”a verilən məlumata görə, saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58