Erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində hazırlıqlar gedir

Hidrometeoroloji hadisələrlə bağlı müasir standartlara cavab verən yeni erkən xəbərdarlıq sistemi yaradılacaq.

"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib.

O bildirib ki, bu istiqamətdə hazırlıqlar gedir: "Bu sistem hazırlandıqdan sonra sel və daşqınlarla bağlı məlumatları daha erkən müəyyən etmək mümkün olacaq. Bu da bizə həm əhalinin sağlamlığının qorunması, kənd təsərrüfatı sahələrinin zərər görməməsi üçün daha erkən məlumat verməyə şərait yaradacaq".

Qeyd edək ki, Milli Hidrometeorologiya Mərkəzi son 3 ildə ölkə çayları üzərində 40-dan çox hidroloji avtomat stansiya quraşdırıb. Həmin stansiya imkan verir ki, istənilən anda həm sel hadisələri, həm də təbiət hadisələrini müşahidə edək. Son illərdə quraşdırılan radarlarla bağlı əldə etdiyimiz məlumatlar, müvafiq hesabatlar aidiyyəti üzrə Yaşıl İqlim Fonduna göndərilib. Biz bir sıra beynəlxalq qurumlarla, eləcə də Yaşıl İqlim Fondu ilə informasiya mübadiləsi aparılır.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02