Ən çox yağıntı Qaxa düşüb - FAKTİKİ HAVA

İyunun 27-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Sarıbaşda intensiv və güclü olub.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, düşən yağışın miqdarı Sarıbaşda (Qax) 43, Xınalıqda 6, Qusarda 5, Qəbələ, Xaltan, Qrızda 4, Gədəbəy, Altıağac, Yardımlıda 3, Kişçay (Şəki), Sədərək, Daşkəsən, Şahdağda 2, Tərtər, Bərdə, Zərdab, Ağstafa, Balakən, Gəncə, Şəmkir, Lerikdə 1 mm-dək olub.

Qərb küləyi Naftalanda 30, Tərtər, Gəncə, Salyanda 28, Şəmkir, Neftçala, Beyləqanda 20, Biləsuvarda 19, Sabirabadda 17, Qazıməmməd, Şəmkirdə 16, Abşeron yarımadasında 20-23, arabir 26 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-29, Aran rayonlarında 31-34, dağlıq rayonlarda 25 dərəcəyədək, Naxçıvan MR-da 33-35 dərəcə isti olub.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20