Əlverişsiz hava şəraiti bölgələrdə bir sıra çətinliklər yaradıb

Hazırda davam edən əlverişsiz hava şəraiti bölgələrdə bir sıra çətinliklər yaradıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərinə leysan yağıb, bir neçə küçəyə yağış suları dolub.

Avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinlik yaranıb.

Gədəbəydə güclü yağışlarla yanaşı, ucqar kəndlərinə dolu yağıb. Təbiət hadisəsi meyvə ağaclarına, ümumiyyətlə kənd təsərrüfatına zərər vurub.

Qeyd edək ki, bölgədə qeyri-sabit hava şəraiti müşahidə olunur.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24