Ekoloqlar meteohəssas insanlara xəbərdarlıq edib

Bakı. 3 iyul. REPORT.AZ/ Paytaxt Bakıda müşahidə olunan küləkli hava şəraiti sabah da davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, Abşeron yarımadasında güclü küləkli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

O deyib ki, iyulun 5-i və 6-da gündüz saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsiz sayılır və narahatlıq yarada bilər. 

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17