Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli əməkdaşı vəfat edib

Bakı. 31 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) vəzifəli əməkdaşı xəstəlikdən vəfat edib.

“Report” xəbər verir ki, ETSN yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Aerogeodeziya müəssisəsinin direktoru Elçin Məhərrəmov 55 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü E.Məhərrəmov Moskva Geodeziya, Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunu bitirib. 1986-cı ildən geodeziya sistemində işləyib. O, 2011-ci ildən Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru vəzifəsində çalışırdı.

Allah rəhmət eləsin!

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24