Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 705 işçisi var

Ekologiya və Təbii Sərvətlər Nazirliyində ümumi olaraq 6 705 nəfər işçi heyəti var.  

“Report” xəbər verir ki, bunu Nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli "Facebook" üzərindən yayımlanan "Ekspert saatı" verilişində deyib.

Onun sözlərinə görə, onlardan 668-i dövlət qulluqçusu, 6 037 nəfəri isə qeyri-dövlət qulluqçusudur:

“İşçilərin 5 066 nəfəri kişi, 1 639 nəfəri isə qadınlardır. Burada meşə, qoruq və milli parklarda mühafizə sahəsində çalışan işçilərin, demək olar ki, əksəriyyəti kişi olduğuna görə, gender bərabərliyində müəyyən fərq yaranır. Bu da təbii haldır”.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24