Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 200 əməkdaşı qanvermə aksiyasında iştirak edib

Bakı. 5 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hemotologiya Transfiziologiya İnstitutunun və Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü ilə könüllü qanvermə aksiyası keçirilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Könüllü qanvermə aksiyasına Nazirliyin 200-ə yaxın əməkdaşı qoşulub. Aksiyada həkim hemotoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Qanvermə aksiyası talassemiyadan əziyyət çəkən uşaqların qanla təminatına yardım məqsədi daşıyır.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20