Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Təhlükəli Tullantılar" MMC-yə yeni direktor təyin edilib.

“Report” xəbər verir ki, bu, nazirliyin əməkdaşı Namiq Xankişiyevdir.

O, yeni vəzifəsində Firuddin Əliyevi əvəz edib.

Xatırladaq ki, "Təhlükəli Tullantılar" 2004-ci ildə Sumqayıt şəhəri ərazisində civə ilə çirklənmiş torpaqların zərərsizləşdirilməsi məqsədi ilə yaradılıb. Nizamnamə kapitalı 200 manat olan şirkət həm də ölkə ərazisində ətraf mühit və insan sağlamlığı üçün təhlükə yarada biləcək tullantıların zərərsizləşdirilməsi və utilizasiyası ilə məşğuldur. 

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24