Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2023-cü ilin 1-ci yarımilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Bu barədə "Report"a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Toplantıda nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərləri, eyni zamanda Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini iştirak edib.

Kollegiya iclasında iştirakçıların hesabatları dinlənilib, müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24