ETSN yanında İctimai Şuranın COP29-la bağlı görəcəyi işlər müzakirə edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya yeni seçilmiş üzvlərlə görüş keçirilib.

"Report"un verdiyi xəbərə əsasən, görüşdə İctimai Şuranın "Yaşıl dünya naminə həmrəylik" ili, həmçinin COP 29 tədbirinə ölkəmizin ev sahibliyi edəcəyi 2024-cü ildə fəaliyyət istiqamətləri, ətraf mühitin mühafizəsində vətəndaş cəmiyyətinin rolu və dəstəyi, icitmaiyyətlə əlaqələrin daha sıx qurulması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi kimi məsələlər müzakirə olunub.

Şuranın yeni seçilən üzvləri COP29 ili çərçivəsində həyata keçiriləcək bütün tədbirlərdə yaxından iştirakla yanaşı, ictimai nəzarətin həyata keçirilməsi, ekoloji yönümlü digər QHT-lərlə birgə Nazirliyin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, ətraf mühitlə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli və nəticəyönümlü olmasına çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, 15 yanvar 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib, müraciəti qeydə alınmış 38 namizəddən 13-ü səs çoxluğu toplayaraq İctimai Şuraya üzv seçilib.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20