Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib

Bakı. 14 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

İclasda Şura tərəfindən son dövr ərzində görülən işlər barədə məlumat dinlənilib, cari məsələlər müzakirə olunub. Nazirliyin fəaliyyətinin bugünkü aktual istiqamətləri nəzərə alınaraq bioloji müxtəlifliyin mühafizəsi və ekoturizmin təşviqi, ekoloji şəhərsalma və plastik tullantıların idarə olunması üzrə daimi işçi qrupların yaradılması təklifi müzakirə edilərək qəbul olunub. İşçi qrupların ilkin tərkibi müəyyən edilib və növbəti iclasda təsdiqlənməsi barədə qərar qəbul olunub.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20