Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına qoşulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına öz maarifləndirici stendi ilə qoşulub.

“Report”un məlumatına görə, xeyriyyə yarmarkasına qoşulmaqda məqsəd ictimaiyyəti ətraf mühit istiqamətində aktiv iştiraka təşviq etmək, ekoloji məsuliyyət hissinin formalaşmasına dəstək olmaqdır.

Nazirliyin əməkdaşları və ekokönüllülər tərəfindən yarmarkanın qonaqları arasında ekoviktorina keçirilib, o cümlədən vətəndaşlar 79 ədəd işlənmiş batareya gətirərək müxtəlif stimullaşdırıcı hədiyyələr əldə ediblər.

Tədbir çərçivəsində həmçinin uşaqlar üçün master-klass təşkil olunub.

Qeyd edək ki, tədbir cəmiyyət arasında ekoloji maarifləndirmənin yüksəldilməsi, təhlükəli tullantı sayılan batareyaların düzgün idarə olunması barədə məlumatlılığın artırılması məqsədi ilə təşkil olunub.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20