Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri peşə bayramını qeyd ediblər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi peşə bayramını silsilə tədbirlərlə qeyd edib.

Bu barədə "Report"a ETSN-dən məlumat verilib.

Bildirib ki, Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub və Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Tədbirlər daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında davam edib.

Ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə fərqlənən əməkdaşlar fəxri fərmanlarla təltif olunub.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24