Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkında tədbir keçirir

5 iyun Beynəlxalq Ətraf Mühit günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkında tədbir keçirir.

"Report" xəbər verir ki, tədbirdə nazirliyin əməkdaşları, rəsmi qonaqlar və media nümayəndələri iştirak edir.

Qeyd edək ki, dünya əhalisinin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, ekoloji şüurun yüksəldilməsi məqsədilə 1972-ci ildən başlayaraq hər il bu gün “Beynəlxalq Ətraf Mühit Günü” kimi qeyd olunur.

Azərbaycanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24