Ekologiya və Təbii Sərvətlər Nazirliyi AEBA-nın iclasında iştirak edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Avropa və Mərkəzi Asiya regionları üzrə “Plastik tullantıların idarə olunması üçün nüvə texnologiyaları (NUTEC Plastics)” layihəsi çərçivəsində videoformatda görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanı təmsil edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Azərbaycanda plastik çirklənməyə qarşı görülən mübarizə tədbirləri barədə məlumat verib.

Nazir plastik çirklənmə probleminin dayanıqlı həllində, xüsusilə dəniz mikroplastik tullantılarının monitorinqində nüvə texnologiyasının tətbiqi kimi qlobal təşəbbüsün faydasını vurğulayıb və bu təşəbbüs çərçivəsində gələcək əməkdaşlığın müsbət nəticə verəcəyini qeyd edib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24