Ekologiya və təbii sərvətlər naziri Xəzər dənizinin hasarlanmasına münasibət bildirib

Bakı. 13 may. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzər dənizinin bir çox ərazilərdə hasarlanmasına münasibət bildirib.

"Report"un məlumatına görə, Hüseyn Bağırov "ASAN radio"nun “QəbuldASAN” verilişində deyib ki, bu məsələlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətində deyil.

Nazir bildirib ki, bu məsələlər üçün müvafiq təşkilatlar var: "Qərar qəbul etmək, məsələlərə nəzarət etmək dövlət orqanı kimi bizə aid olmayan işlərlərdir".

Bununla yanaşı, nazir deyib ki, dənizin hasarlanması məsələsində insanların kütləvi istifadə etdiyi yerlərdən bir az qaçmaq olardı. 

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24