Ekologiya və təbii sərvətlər naziri Qaxda vətəndaşları qəbul edib

Bakı. 24 iyun. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qax şəhərində vətəndaşları qəbul edib. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Xəbərə görə, qəbul Heydər Əliyev Mərkəzində keçirilib və Qax, Zaqatala, Balakən və Şəki rayonlarında yaşayan vətəndaşlar iştirak edib.

Qəbul zamanı 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Nazir qəbula yazılan vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24