Ekologiya və təbii sərvətlər naziri Naxçıvana gedib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Naxçıvan Muxtar Respublikasına səfərə gedib.

"Report"un yerli bürosu xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi ziyarət olunub, önünə tər gül dəstələri düzülüb.

Səfər çərçivəsində Muxtar Babayev Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında vətəndaşları qəbul edəcək, müraciətləri dinləyəcək.

Həmçinin muxtar respublikada bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24