Ekologiya və təbii sərvətlər naziri Masallıda vətəndaşları qəbul edəcək

Bakı. 20 avqust. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul avqustun 31-də Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi) keçiriləcək. 

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Lənkəran şəhəri, Füzuli küçəsi 75) ilə əlaqə saxlaya (əlaqə telefonları: 050-369-20-77, 050-275-37-75, 025-25-4-70-54) bilərlər. 

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24