Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edəcək

Bakı. 10 dekabr. REPORT.AZ/  Ekologiya və təbii dərvətlər naziri Muxtar Babayev Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul dekabrın 21-i saat 10:00-da Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 7) olacaq.

Görüşdə Hacıqabul, Şirvan, Saatlı və Sabirabad rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Şirvan şəhəri, İsmət Qayıbov küçəsi 16) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 055-459-60-00, 050-387-42-26, 012-585-45-47) xahiş olunur.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20