Ekologiya və təbii sərvətlər naziri Balakəndə vətəndaşlarla görüşüb

Bakı. 6 iyul. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Balakən rayonunda vətəndaşlarla görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş Balakən şəhərində yerləşən Mədəniyyət Mərkəzində olub.

Qəbulda Balakən, Qax, Zaqatala və Şəki rayonlarında yaşayan vətəndaşlar iştirak edib.

Qəbul zamanı 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya və s. məsələlərlə bağlı olub.

Sakinlərin probleminə diqqətlə yanaşan nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən məsələlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24