Ekologiya və təbii sərvətlər naziri Ağdamda vətəndaşları qəbul edəcək

Bakı. 27 mart. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ağdamda vətəndaşları qəbul edəcək.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Ağdam, Ağcabədi, Tərtər və Bərdə rayonlarının sakinləri iştirak edə bilər.

Qəbul martın 30-da Ağdam şəhərinin Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Ağdam şəhəri, Quzanlı qəsəbəsi, Zərifə Əliyeva prospekti) olacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlaya, həmçinin 14 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Ağdam şəhəri, Quzanlı qəsəbəsi) müraciət edə (əlaqə telefonları: 026-325-05-64, 051-608-27-20, 070-299-22-62) bilərlər.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24