Dumana görə görünüş məsafəsi məhdudlaşacaq

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi yerlərdə görünüş məsafəsi məhdudlaşacaq.

"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, aprelin 5-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.

Digər xəbərlər

Sabah arabir yağış yağacaq 06 aprel, 2026 / 12:48
Sabah yağış yağacaq 04 aprel, 2026 / 12:37