Dövlət Qoruğunda ov edən şəxslər cəzalandırılıb

Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ov edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva "Report"a bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakinləri Vüsal Məbudov, Tural Süleymanov, Fariz Mahmudov və Azər Əzizov olduğu müəyyən edilib.

Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24