Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri artırılıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri artırılıb. 

"Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalaması ilə mümkün olub. 

Sənədə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaşıllıqların bərpası üçün ərazilərin ayrılmasına rəy vermək hüququna malik olacaq.  

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02