"Dostluq Meşəsi"ndə 63 mindən çox ağac əkilib

“Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi”nin "Dostluq Meşəsi" adlandırılan sahəsində, o cümlədən ətrafdakı terraslarda Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə bugünədək 73 hektarda 63 mindən artıq müxtəlif növ ağac tingi əkilib.

Bu barədə "Report"a Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov məlumat verib.

O bildirib ki, son bir həftə ərzində isə Cəbrayılın "Dostluq Meşəsi" adlandırılan sahəsində, eləcə də ətrafdakı yamaclarda 13 530 ağac tingi əkilib: “Qeyd edək ki, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində kompleksin ərazisində və ətraf terraslarda ağacəkmə tədbirlərinə ötən ilin sonlarından başlanılıb”.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20