Doğan Başaran: “Zəngəzur dəhlizinin açılması iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək”

Zəngəzur dəhlizinin açılması ölkələr arasında qarşılıqlı əlaqəni asanlaşdıracaq və bu da onlara iqlim dəyişikliyi ilə bağlı problemlərin ümumi həllini tapmağa, bu istiqamətdə mübarizədə təcrübə mübadiləsi aparmağa imkan verəcək.

“Report” xəbər verir ki, bunu “AGRO TV Türkiye/AGRO TV Azerbaijan”ın baş direktoru Doğan Başaran ADA Universitetində keçirilən iqlim və su ilə bağlı sammitdə deyib.

Onun sözlərinə görə, “yaşıl iqtisadiyyat”ın inkişafı üçün səylər bir neçə əsas aspektə yönəldilməlidir.

O, planetin xilasına töhfə verən belə tədbirlərin keçirilməsində Azərbaycanın mühüm rol oynadığını da vurğulayıb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34