DİN və ETSN tədbirlər planı imzalayıb

Bakı. 3 avqust. REPORT.AZ/ "Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ekologiya və ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlər planı imzalayıb".

"Report" xəbər verir­ ki, bunu mətbuat kon­fransında Ekologiya v­ə təbii sərvətlər naz­irinin müavini Firdov­si Əlizadə deyib.

O bildirib ki, tədbirlər planı əsasında işlər görülür: "Tədbirlər planının hazırlanmasında məqsəd iki nazirliyin birlikdə ekologiya və ətraf mühitin mühafizəsinə yönəlik fəaliyyət göstərməsidir. Yəni, qanunsuz qum-çınqıl, meşə materialı, torpağın üst qatının daşınmasına qarşı birgə mübarizə aparacağıq. İaşə obyektləri tərəfindən edilən qanunsuzluqlara qarşı da Daxili İşlər Nazirliyi ilə birgə tədbirlər görəcəyik".

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02