Hava şəraiti dəyişəcək, intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Dekabrın 9-dan 10-dək əsasən şimal və qərb rayonlarında hava şəraitinin yağıntılı olacağı gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37