Güclü külək əsəcək, yağış yağacaq, temperatur 5-8 dərəcə enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.

"Report" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 1-i gündüzdən 2-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Axşam yağış yağacagı ehtimalı var. Havanın temperaturu dekabrın 2-də ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 1-i günün ikinci yarısından 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu dekabrın 2-də ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37