Daşkəsənə leysan yağış yağıb, dolu düşüb

Axşam saatlarında Daşkəsən rayonunda güclü yağış yağır, bir neçə dəqiqə dolu düşüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yağıntılı hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkəti qismən dayanıb. Leysan yağış daha sonra bir neçə dəqiqə dolu ilə əvəz olunub. Nəticədə meyvə ağaclarına, fərdi təsərrüfatlara qismən ziyan dəyib.

Hazırda rayon ərazisində leysan yağış yağır və güclü ildırım çaxır.

Qeyd edək ki, yağıntılı hava şəraiti ətraf rayonlarda - Göygöl, Gədəbəy, Şəmkir, Samuxda və Gəncə şəhərində də müşahidə olunur.

Digər xəbərlər

Sabah yağış yağacaq - PROQNOZ 03 mart, 2026 / 12:32
Sabah yağış yağacaq - PROQNOZ 02 mart, 2026 / 12:32
Sabah hava çiskinli olacaq 26 fevral, 2026 / 12:31