Daşkəsənə ilk qar yağıb

Daşkəsən rayonuna ilk qar yağıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, axşam saatlarından başlayaraq Azərbaycanın Qərb bölgəsində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, Daşkəsən rayonuna səhər saatlarından yağmağa başlayan qar hələ də davam edir. Eyni zamanda Qərb bölgəsinin Tovuz, Gədəbəy və Göygöl rayonlarının dağlıq ərazilərinə də qar yağıb.

Həmçinin Gəncə şəhərində və ətraf rayonlarda yağışla müşahidə olunan küləkli hava şəraiti hökm sürür.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37