Çexiyadakı istilər Odra çayında canlıların kütləvi ölümünə səbəb olub

Çexiyada son üç həftə ərzindəki istilər ölkənin şimal-şərqində yerləşən Odra çayının suyunda oksigenin səviyyəsinin aşağı düşməsinə və balıqların kütləvi şəkildə tələf olmasına səbəb olub.

“Report” xəbər verir ki, bu barədə yerli ČTK xəbər agentliyi məlumat yayıb.

Suyun yüksək temperaturu içindəki oksigen miqdarının azalmasına səbəb olur və bu, Çexiyanın şimal-şərqindən başlayan Odra çayının yuxarı axını ilə baş verib. Çay daha sonra Polşa və Almaniyadan keçir. Aşağı axınla üzən ölü balıqların içəri daxil olmasının qarşısını almaq üçün sərhədin Polşa tərəfində şəbəkə maneələri qurulub. Artıq 200 kq-yə yaxın ölü balıq ovlanıb.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38