Çaylarda sululuq artıb

Yağan intensiv yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb, Böyük və Kiçik Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib.  

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev "Report"a bildirib ki, artan yağıntının miqdarı Kür çayının Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsini 19, digər böyük çaylar hesab olunan Qanıxda 80, Qabırrı çayında isə  60 sm yüksəldib. 

"Kiçik Qafqazın ərazisindən axan çaylarda suyun səviyyəsində 11-30,  Böyük Qafqazın ərazisindən axan çaylarda 1-34, Lənkəran-Astara bölgəsinin ərazisindən axan çaylarda isə 3-6 sm artım müşahidə olunub. Balakənçay, Talaçay, Kürmükçay,  Kişçay, Dəmiraparançay, Əyriçay  və Gorançaydan isə qısamüddətli sel keçib”.

Digər xəbərlər

Sabah hava çiskinli olacaq 26 fevral, 2026 / 12:31
Sabah hava yağmursuz olacaq 25 fevral, 2026 / 12:31
Sabah hava çiskinli olacaq 24 fevral, 2026 / 12:27
Sabah Bakıda hava çiskinli olacaq 23 fevral, 2026 / 12:23