Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb

Avtomat hidroloji stansiyaların saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

"Report" xəbər verir ki, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 12 sm, Bərgüşadçayda 4 sm, Araz çayının yuxarı axınında isə 51 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 33 sm artıb, su sərfi 907 m3/san olmaqla normanın 121%-ni, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 18 sm artıb, su sərfi 369 m3/san olmaqla normanın 182%-ni təşkil edir.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38