“Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində konfrans keçirilib

Bakı. 15 noyabr. REPORT.AZ/ “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində ilk dəfə olaraq “Funksional Ekologiya və Ətraf mühit” mövzusunda konfrans keçirilib".

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verilib.

O xatırladıb ki, sərgi noyabrın 14-də başlayıb: “Konfransda bölgədəki ən mühüm ekoloji məsələlərə toxunulub: “Su ehtiyatlarının mühafizəsi və səmərəli idarə olunması”, “Su təsərrüfatında enerji effektivliyi və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı”, “Təmiz Şəhər” ASC-nin fəaliyyəti”, “Davamlı inkişaf prinsipləri çərçivəsində ətraf mühitin idarə olunması”, “Ətraf mühitin mühafizəsi məqsədilə “yaşıl iqtisadiyyat” prinsiplərinin tətbiqi”, “Atmosferin çirklənməsində nəqliyyat vasitələrinin yeri”, “Qlobal İstiləşmə”.

Tədbirdə ETSN-nin, Azərsu ASC-nin mütəxəssisləri, IDEA İB-nin, “Təmiz Şəhər” ASC–nin nümayəndələri və QHT rəhbərləri çıxış edib və mövzular ətrafında geniş müzakirələr aparılıb.

Konfransın keçirilməsində məqsəd dövlət qurumları, işgüzar dairələr və ekspert təşkilatları arasında dialoq, fikir və təcrübə mübadiləsi yaratmaqdır.

Xatırladaq ki, “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) kampaniyasının dəstəyi ilə təşkil olunub.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34