Bu yay Azərbaycanda rekord sayda sel-daşqın hadisəsi baş verib

Bu yay ölkədə 147 sel-daşqın hadisəsi baş verib.

“Report” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, bu, ölkədə rekord göstəricidir.

Nazim Mahmudov qeyd edib ki, son 10 ildə dünyada baş verən iqlim dəyişmələri ölkəmizdən də yan keçmir:

“Tez-tez sual verilirdi ki, qışda hava niyə belə mülayim keçir. Noyabrda havanın temperaturu 24-dək yaxınlaşdığı müşahidə edildi. Bu, məhz iqlim dəyişmələrinin təsiridir”.

O həmçinin qeyd edib ki, Hidrometeorologiya Xidməti baş verən təhlükəli atmosfer hadisələrinin proqnozlaşdırıması üçün işlər görür:

“Azərbaycanda SMS radarla bağlı işlər davam edir. Beynəlxaq təcrübə hazırda araşdırılır. Ən yaxın ölkə olan Türkiyə təcrübəsi də araşdırılır. Bununla bağlı ekspert qrupunun görüşü də planlaşdırılıb. Növbəti ildə ən müasir beynəxlalq təcrübəni ölkəmizdə tətbiq edəcəyik”.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37