Bu il yağan intensiv yağışlar nəticəsində Azərbaycan ərazisində 12 sel hadisəsi qeydə alınıb.
Bunu "Report"a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, may ayında isə 5 belə fakt qeydə alınıb: "1966-2001-ci ilə qədər ölkədə sel-daşqın hadisələrinin sayı 3-5, 2020-2022-ci ildə isə bu rəqəm 35-48 arası olub. Regiondan asılı olaraq, yağıntıların düşməsi iqlim dəyişikliyindən xəbər verir".
Nazir müavini vurğulayıb ki, hazırda Gəncəçay-Alaxançallı məntəqəsindən (Daşkəsən rayonu ərazisi) sel keçir: "Yaxın saatlarda Zurnabad məntəqəsinə çatacağı gözlənilir. Ayın sonuna qədər edilən xəbərdarlığa görə, dağlıq və dağətəyi ərazilərdə sel və daşqın olması ehtimalı var".