Bu gün Şuşa, Kəlbəcər və Laçına qar yağacaq

Şuşa, Kəlbəcər və Laçında hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı, 16-sı axşamdan 17-si gecəyədək qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 16-da dəyişkən buludlu, əsasən yağmursuz, lakin gecəyə doğru az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir. Arabir duman, qərb küləyi 2-6 m/s olacaq. Havanın temperaturu gündüz 1° şaxtadan 3°-dək isti, axşam 2-4° şaxta olacaq.

Dekabrın 16-dan 17-nə keçən gecə az qar yağacağı, səhərə doğru kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman, qərb küləyi 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 18-də hava əsasən yağmursuz, arabir duman, şərq küləyi 2-6 m/s olacaq. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58