Bu gün Quba, Qusar, Xaçmaz və Şabranda 8 mindən artıq ağac əkilib

Meşəbərpa tədbirləri çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində 8 mindən artıq ağac əkilib.

Bunu "Report"un Şimal bürosuna Quba regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Elvin Baxışov bildirib.

O deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə keçirilən meşəbərpa tədbirləri zamanı ümumilikdə 8 mindən artıq palıd, cökə, Eldar şamı və qoz tingi əkilib: "Şimal bölgəsi ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri bundan sonrada davam etdiriləcək ".

Qeyd edək ki, Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində ağac əkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, yerli rayon icra hakimiyyətlərinin başçıları, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyəti iştirak edib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34