Bu gün Bakının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur

Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu 20 dərəcə istidir, cənub-şərq küləyi əsir, küləyin sürəti 13 m/s-dir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən xəbərə görə, saat 11:00-13:00 radələrində bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur.

Qeyd olunub ki, cənub-şərq küləyinin 15-17 m/s-yə çatacağı, havanın temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22