ADB-nin vitse-prezidenti: “İqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılmasına böyük diqqət yetiririk”

Asiya İnkişaf Bankı (ADB) iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılmasına böyük diqqət yetirir.

“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-in inzibati və korporativ idarəetmə məsələləri üzrə vitse-prezidenti Brüs Qosper bankın 57-ci illik toplantısı çərçivəsində “Dayanıqlı Satınalmalar – ADB-in iqlim dəyişikliklərinin nəticələrinin yumşaldılması və onlara uyğunlaşma məqsədlərinə töhfəsi” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, ADB regionun iqlim bankına çevrilməklə bağlı qarşısına məqsəd qoyub.

B.Qosper bankın satınalma sahəsində çox işlər gördüyünü vurğulayıb: “Biz siyasi dialoqu asanlaşdırır, maliyyə öhdəlikləri təqdim edirik. Lakin satınalmalar iqtisadiyyatlarımızın dayanıqlığına müxtəlif yollarla töhfə verərsə, daha fundamental dəyişikliklərə səbəb ola bilər”.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24