Qızılağacda brakonyerlərin qayıqları və sintetik torları götürülüb

Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisində keçirilən növbəti nəzarət tədbirləri zamanı körfəzdə brakonyerlərə məxsus 2 qayıq aşkar edilib və su hövzəsindən 324 metr uzunluğunda 18 ədəd sintetik tor götürülüb.

"Report" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

“Qeyd edək ki, ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin, eyni zamanda, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən milli parkın ərazisində mühafizə rejimi daha da gücləndirilib, növbəli iş təşkil olunub”, - o bildirib.

Xidmət rəisi vətəndaşları xüsusi mühafizə olunan təbiət ərazilərində tətbiq olunan mühafizə rejiminə və bundan irəli gələn qaydalara əməl etməyə, bioloji müxtəlifliyin qorunması sahəsində mövcud qanunvericiliyin tələblərini pozmaqdan çəkinməyə çağırıb.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37