Mer: COP konfransı region ölkələrinə iqlim fəaliyyətini sürətləndirməyə kömək edəcək

COP konfransının keçirilməsi region ölkələrinə iqlim dəyişikliyinin təsirləri ilə mübarizəni sürətləndirməyə kömək edə bilər.

"Report" xəbər verir ki, bunu Almaniyanın Bonn şəhərinin meri Katya Dyorner Bakı İqlim Fəaliyyəti Həftəsinin iştirakçılarına ünvanlandığı videomüraciətində deyib.

O qeyd edib ki, Bonnda artıq oxşar konfrans keçirilib və bu, şəhərə uzunmüddətli müsbət dəyişiklik göstərib:

“Ümid edirəm ki, Bakıda keçiriləcək COP29 Azərbaycan, Mərkəzi və Şərqi Avropa, eləcə də Mərkəzi Asiyanın şəhər və regionlarını iqlim neytrallığı üzrə öhdəliklərin qəbul edilməsinə, iqlim fəlakətlərinə hazırlığın təmin edilməsi üzrə səylərin artırılmasına, həmçinin milli iqlim planları istiqamətində çoxsəviyyəli fəaliyyətlərin və dəyişikliklərin gücləndirilməsinə ilham verəcək”.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20