Bölgələrdə şimşək çaxıb, dolu düşüb

Bu gün saat 21.30-a olan məlumata əsasən Gədəbəy, Daşkəsən, Xınalıq, Şahdağ, Xaltan, Qrız, Qusar, Quba, Şəmkirdə şimşək çaxmış, yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, Qrız-Qudyalçayda (Quba) saat 17:20-17:35, Ləzə məntəqəsində (Qusar) saat 17:30-17:40 radələrində diametri 5 mm olan, Zaqatala rayonunun Əlibəy, Yuxarı Tala, Aşağı Tala kəndlərinə xırda dənəli dolu düşüb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37