BMT BA-nın 73-cü sessiyasının sədri: "Biz planeti qoruyub saxlamalıyıq"

BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri Mariya Fernanda Espinosa planeti qoruyub saxlamaq və iqlim dəyişikliyinin qarşısını almaq üçün atmosferə zərərli tullantıların atılmasını azaltmağa çağırıb.

“Report” xəbər verir ki, o, bunu VIII Qlobal Bakı Forumu çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizə və enerjiyə olan qlobal ehtiyacların təmin edilməsinin bir araya gətirilməsi yolları” mövzusunda təşkil edilmiş panel müzakirəsində bildirib.

M.F.Espinosa neft sənayesinin planetin ekologiyasına təsiri barədə danışıb və neftlə zəngin ölkələrin bu qlobal problemlə mübarizə aparmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, ekologiyanın qorunub saxlanması üçün dəyişikliyə uğramalı yeganə sektor energetika sektoru deyil: “Biz planeti qoruyub saxlamalıyıq”.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24