Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənubi-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Manfred Profazi ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a bildirilib ki, görüş zamanı ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, su ehtiyatlarından səmərəli istifadə sahəsində birgə əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb və gələcək perspektivlər müzakirə edilib.