BMT rəsmisi: Biz iqlim dəyişikliklərinin təsirini araşdırıb müzakirələr aparmışıq

Biz iqlim dəyişikliklərinin təsirini araşdırıb müzakirələr aparmışıq.

"Report" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen ekologiya və
təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə birgə keçirdiyi brifinqdə deyib.

"Azərbaycan biomüxtəlifliyin qorunması baxımından böyük işlər görür. Düşünürəm ki, biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik"- deyə BMT rəsmisi deyib.

O bildirib ki, Azərbaycan tullantılarının yenidən məhsula çevrilməsi üçün ciddi işlər görür: "Biz bu işləri təqdir edirik və öz təcrübələrimizi də bölüşməyə davam edəcəyik".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24